“Neftçi”dən son 4 ilin ən uğurlu startı

Azərbaycan Premyer Liqasının ilk 3 turunda hesabına 7 xal yazdıran “Neftçi” son 4 il ərzində çempionata ən uğurlu start verib.

Newsport.az-ın məlumatına görə, 2014/2015 mövsümünə 9 xalla başlayan komanda 2015/2016 mövsümünün ilk üç oyununda 4, 2016/2017-də 3 xal toplayıb. 2017/2018-in ilk üç matçında isə ümumiyyətlə xal qazanmayıb.

Qeyd edək ki, bu mövsüm "Sumqayıt” (2:0), "Qələbə” (2:1) və "Qarabağ” (1:1) ilə qarşılaşan "Neftçi” hazırda turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right