Premyer Liqada 27-ci braziliyalı

Azərbaycan Premyer Liqasının 3-cü turu “Neftçi”nin futbolçusu Dario Frederiko üçün əlamətdar olub. 

Newsport.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi Azərbaycan çempionatlarında yubiley – 50-ci oyununu keçirib. Ölkəmizdə 2015/16 mövsümündə debüt edən cənubi amerikalı fasilələrlə çıxış etdiyi Premyer Liqada iki klubun formasını geyinib. “Kəpəz”də 47 matçda 11 qola sevinən Dario, cari mövsümdən şərəfini qoruduğu paytaxt klubundakı 3 oyunda 1 dəfə fərqlənib.

Qeyd edək ki, Dario Azərbaycan çempionatlarında 50 və daha çox oyun keçirən 27-ci braziliyalıdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right