“Qarabağ”dan daha yaxşı oynadıq” - Qoran Paratski

“Neftçi”nin futbolçusu Qoran Paratski Azərbaycan Premyer Liqanın 3-cü turunda “Qarabağ”la səfərdə heç-heçə etdikləri oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, o, ilk olaraq oyun haqda fikirlərini bildirib:

- Məncə, bu gün hər iki komanda yaxşı oyun göstərdi. Bizim bir çox qol şanslarımız oldu. Təkcə mən iki təhlükəli epizodda topu qapıdan keçirə bilmədim. Əlimizə düşən şanslardan yararlanmalıydıq. Çünki bu, gələcəkdə bizə öz təsirini göstərə bilər. Ancaq ümumi olaraq, yaxşı oyun sərgilədik və bu oyunla qürur duymalıyıq.


- Düşünürsən ki, “Neftçi” qələbəni özü əldən verdi və iki xal itirdi?
- Məncə, bu gün biz daha yaxşı oynadıq, amma iki xal itirdik. Ən azından, rəqib qapısından daha bir qol keçirməliydik.

- İki qol vacib qol epizodundan istifadə edə bilmədiniz. Son zərbəni vurmaq üçün ustalıq çatışmadı, ya bəxtiniz gətirmədi?
- Qol epizodlarında daha soyuqqanlı davranmaq lazım idi. Bu gün alınmadı, ancaq növbəti oyunlarda bunu nəzərə almalıyıq.

- Avstraliyanın “Vellinqton Foeniks” komandasında daha çox dayaq yarımmüdafiəçisi kimi çıxış edirdin. “Neftçi”də isə hücumameyilli yarımmüdafiəçi mövqeyində oynayırsan. Səbəbi nədir?
- Hücumameyilli oynamaq mənim üçün problem deyil. Avstraliyada komandamızda dayaq yarımmüdafiəçisi yox idi. Buna görə həmin mövqedə oynayırdım. Amma hücumameyilli yarımmüdafiəçi kimi çıxış etməyi daha çox sevirəm.

- Bu gün “Qarabağ”ın bir neçə əsas heyət oyunçusu meydanda deyildi. Necə düşünürsən, hazırkı heyətlə “Neftçi” çempionluq uğrunda mübarizə apara biləcək?
- Mən deməzdim ki, “Qarabağ” ikinci heyətlə meydana çıxdı. Onların Avroliqadakı matçını izləmişəm. Bir neçə legioneri heyətdə yox idi, ancaq əsas heyətlə meydana çıxmışdılar.

- Komandanız 3 oyuna 7 xal toplayıb və hazırda turnir cədvəlində lidersiniz. Qarşıdan 3 həftəlik fasilə gəlir. Bu, komandaya pis təsir etməz?
- Deyə bilmərəm, yaxşı və ya pis təsir edəcək. Ancaq onu deyə bilərəm ki, biz bu zaman ərzində geridə qalan 3 matçı təhlil edib, zəif nöqtələrimizin üzərində çalışmalıyıq. Bu fasilə tək bizim üçün yox, bütün klublar üçün olacaq. Biz də bu fasilədən maksimum yararlanacayıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right