Soni Mustivar: "Ani diqqətsizlik bizə baha başa gəldi"

"Qələbə qazana bilərdik, amma ani diqqətsizlik bizə baha başa gəldi. Nəticədə iki xal itirdik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Soni Mustivar Topaz Premyer Liqasının III turunda səfərdə "Qarabağ"la heç-heçə etdikləri matçı dəyərləndirərkən deyib. 

Yarımmüdafiəçi xal itkisinə görə çox təəssüfləndiyini bildirib: "Bu o demək deyil ki, "Qarabağ” zəif komandadı. Əksinə, güclü rəqibdi. Xal itirdiyimizə görə çox təəssüflənirəm. Əsas səbəb qol epizodlarından düzgün istifadə edə bilməməyimizdi”.

Mustivar Haiti millisindəki komanda yoldaşı, "Qarabağ”ın futbolçusu Donald Geryeyə qarşı oynamağın maraqlı olduğunu deyib: "Soydaşım Donald Geryeyə qarşı az da olsa oynamaq maraqlı idi. Bu gün biz bir-birimizə qarşı oynayırdıq, amma bir neçə gündən sonra çiyin-çiyinə mübarizə apara bilərik. Ümid edirəm ki, Haiti milli komandasının baş məşqçisi start heyətində hər ikimizə şans verəcək”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right