Millimiz finala vəsiqə qazandı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanda təşkil olunan “Prezident kuboku” turnirində növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Qazaxıstan yığması ilə qarşılaşan komandamız heç-heçə edib - 1:1. Yığmamızın heyətində Musa Qurbanlı fərqlənib.

Bu nəticədən sonra qrupda birinci yeri tutan komandamız finala vəsiqə qazanıb. Avqustun 28-də, saat 15:00-da keçiriləcək final oyununda yığmamızın rəqibi digər qrupun qalibi - Krasnodar Futbol Akademiyasının U-17 komandası olacaq.






Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right