"Bir-birlərinə irad bildirirlər ki, məğlub olmayaq" - "Səbail"in futbolçusu

"Hər iki komanda qələbə qazanmaq istəyirdi. İlk turlardakı məğlubiyyətlərdən sonra oyuna yaxşı köklənmişdik. Hamımız yalnız qalibiyyət haqda fikirləşirdik".

Newsport.az-ın məlumatına görə, bunu "Səbail"in futbolçusu Fəhmin Muradbəyli Azərbaycan Premyer Liqasının III turunda "Keşlə" üzərində 2:1 hesablı qələbədən sonra deyib. Muradbəyli rəqibin hesabda geri düşməsindən sonra sərt oynadığını deyib: "Bu, futboldur, başa düşüləndir. Onlar da qələbə qazanmaq istəyirdilər. Ötənilki "Səbail" daha yaxşı çıxış edirdi. Bu il yay toplanışında 2-3 oyunçu bir gəldi, 15 gündən sonra yeniləri oldu. Yəni, komanda şəklində uyğunlaşmağa vaxt lazımdır. Məşqlərdə də bir-birimizi daha yaxşı başa düşməyimiz hiss olunur. Qarşıdakı matçlardan bundan da yaxşı oyun göstərməyə çalışacağıq. Hər bir komandanı məğlub edəcək gücdəyik. Hər bir futbolçu komanda şəklində mübarizə aparmağı bacarsa, qalib gəlməsək də, uduzmarıq".

Yarımmüdafiəçi matçın gedişində "Səbail"in futbolçuları - Yevgeni Koçukla Edqar Paçekonun və Mado Jarjo ilə Tomi Kitanovskinin bir-birlərinə irad bildirmələrinə toxunub: "Oyunda hisslərini cilovlaya bilmədilər. Onların özləri ilə də söhbət etdim. Qələbə qazanmaq istədikləri üçün aqressiv idilər. Bir-birlərinə irad bildirirlər ki, məğlub olmayaq". 

Yarımmüdafiəçi məqsədinin müqavilə ilə məxsus olduğu "Neftçi"yə dönmək olduğunu söyləyib: "Müqavilə əsasında bir illik icarədəyəm. "Neftçi" doğma klubumdur. Burada daha da yaxşı oyun göstərib, ora qayıtmaq istəyirəm. "Neftçi" çempion ola bilər. Onlara uğurlar arzulayıram".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right