"Azərbaycan hələ belə hücumçu görməyib" – Saşa Stamenkoviç

“Futbolçularımız meydanda var-gücünü ortaya qoyub qələbə qazandılar. “Sumqayıt”a 1:4 hesablı məğlubiyyətdən sonra oynamaq çətin idi. Ancaq xarakter göstərdik. Qələbə münasibətilə bütün komandanı təbrik edirəm”.


Newsport.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın qapıçısı Saşa Stamenkoviç Premyer Liqanın 3-cü turunda “Zirə” üzərində səfər qələbəsindən (2:0) sonra jurnalistlərə açıqlamasında deyib. Serbiyalı qolkiper 4-cü turda qarşılaşacaqları “Qəbələ” haqda danışıb: 


“Sumqayıt”la oyundan sonra niyə evdə 4 qol buraxmağımızı analiz etdik. “Zirə” ilə matç göstərdi ki, həmin gün bizim günümüz deyilmiş. Bizim hər oyunumuz finala bərabərdir. Komandada heç bir problem yoxdur. “Qəbələ” ilə görüşə gəlincə, inanmıram ki, güclü rəqiblərə qarşı hər hansı problem yaşayaq. Çoxdandır yaxşı kollektivlə oynamırdım. Bu futbolçularla eyni komandada olduğum üçün şadam. Xüsusilə Marko Deviçi təbrik etmək istəyirəm. 3 oyuna 4 qol vurub. Burada iddialı klublarda kifayət qədər yaxşı futbolçular oynayıb. Ancaq deyərdim ki, Azərbaycan hələ belə hücumçu görməyib”.

 

Stamenkoviç komandasının bu mövsümkü hədəflərini də aıqlayıb: “Bizim məqsədimiz yalnız Premyer Liqada iştirak etmək deyil. Gələcəyə baxırıq. Komandada kimin oynamağı elə də önəmli deyil. Hamımız hər oyuna 100 faiz hazır olmalıyıq”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right