Millimiz “Prezident kuboku”na qələbə ilə başladı

Qazaxıstanda təşkil olunan “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk oyununu keçirib.

Newsport-ın xəbərinə görə, qırğızıstanlı həmyaşıdları ilə qarşılaşan U-17 3:0 hesablı qələbə qazanıb. Yığmamızın qollarını Rauf Məhərrəmmov, Musa Qurbanlı və Veysəl Rzayev vurub.

Xatırladaq ki, U-17 sabah - avqustun 26-da Qazaxıstan yığması ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right