"Səbail" "Keşlə"ni məğlub etdi, "Qarabağ" "Neftçi" ilə bərabərə qaldı

Bu gün Azərbaycan Premyer Liqada 3-cü tura yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, son oyun günündə iki görüş keçiriləcək. Günün ilk matçında “Keşlə” “Səbail”i qəbul edəcək.

Turun son oyununda isə əzəli rəqiblər – “Qarabağ” və “Neftçi” üz-üzə gələcək. "Neftçi” ilk iki turda qələbə qazanaraq turnir cədvəlinə  liderlik edir. "Zirə” ilə ilk turdakı matçı təxirə salınan “Qarabağ” isə "Səbail”i 2 cavabsız qolla məğlub edib.

Bütün milli çempionatların iştirakçıları olab komandaların  “Azərsun Arena”da keçiriləcək oyununa maraq böyükdür.



26 avqust (bazar)

20:30. “Qarabağ” – “Neftçi” - 1:1 
Qol: 
Kvame Karikari, 28 (0:1), İnnosent Emeqara, 70 (1:1)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Rauf Cabbarov
“Azersun Arena”

18:00. “Keşlə” – “Səbail” - 1:2
Qollar:
 Kevin Kupemba, 31 (0:1), 49 (0:2), Nikola Mitroviç, 76-pen (1:2)
Hakimlər: Ömər Paşayev, Elman Musayev, Məmmədəli Kərimov, Rəhim Həsənov
“ASK Arena”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right