"Qarabağ"la oyunun favoriti yoxdur" - "Neftçi"nin futbolçusu

"Neftçi”nin müdafiəçisi Kirilo Petrov klubun rəsmi saytına müsahibə verib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 3-cü turunda keçiriləcək "Qarabağ” - "Neftçi” oyunu ilə də bağlı sualları cavablayan ukraynalı futbolçu şansların bərabər olduğunu bildirib:

- Kirilo, təsadüfi deyil ki, biz səninlə Ukrayna Müstəqillik Günündə söhbətləşirik. Bayramın mübarək!

- Çox sağ olun! Mən də öz növbəmdə sizi və bütün Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edirəm.

- Bayram günləri olsa belə, komanda fasilə vermədən "Qarabağ”la oyuna hazırlaşır. Bu qarşılaşmadan nə gözləyirsən?

- Məncə, çox baxımlı və maraqlı oyun olacaq. Azarkeşlər razı qalacaq.

- İndiki "Qarabağ” keçən mövsümdəki "Qarabağ”dan çox fərqlidir?

- Bəzi futbolçular "Qarabağ”ı tərk etsə də, oyun üslubu dəyişməyib. Güclü məşqçiləri var, heyət də əladır. Dünən onların "Şerif”lə oyunlarına baxdım. Moldovalılar intizamlı oynayıb, qələbə qazandılar. Amma bu o demək deyil ki, bizə daha asan və ya daha çətin olacaq.

- Oyunun favoriti kimdir?

- Bu görüşün favoriti yoxdur. Hər iki komanda meydana 3 xal üçün çıxacaq. Şanslar da bərabərdir.

- Müdafiənin mərkəzində sən daha çox Ruslan Abışovla oynayırsan. Amma kapitan zədəli olduğu üçün "Qəbələ” ilə oyunda bu zonanı Anton Krivotsyukla bölürdün.

- Əvvəla, Ruslana tezliklə sağalıb, meydana qayltmağı arzulayıram. İkincisi, yaxşı ki, komandamızda Ruslanı əvəzləyə bilən futbolçular var. Düzdür, qiymətləndirmək biz futbolçuların yox, azarkeşlərin və mütəxəssislərin işidir, amma məncə, "Qəbələ” ilə oyunda Antonla öz vəzifələrimizi yaxşı yerinə yetirdik.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right