"Sumqayıt" Hollandiya klubundan ayrılan hücumçu ilə müqavilə imzaladı FOTO

"Sumqayıt" klubu növbəti transferini həyata keçirib. 

Newsport.az-ın məlumatına görə, "kimyaçılar" türk əsilli futbolçu Atilla Yıldırımı rənglərinə bağlayıb.  

27 yaşlı hücumçu ilə münasibətlər ötən gün rəsmiləşib. Onunla 1 illik müqavilə imzalanıb. Atilla həm Türkiyə, həm də Hollandiya vətəndaşıdır. 

Hücumçu futbolçu karyerası ərzində "Ütrext" (Hollandiya), "Kasımpaşa", "Konyaspor", "Bucaspor", "Şanlıurfaspor", "Elazığspor", "Kocaeli Birlik" "Sivas Bələdiyə Spor", "Nazilli Bələdiyəspor" və "Maastrixt" (Hollandiya) kimi klublarda forma geyinib. 

Yıldırım sonuncu dəfə may ayının 1-də "Maastrixt"in heyətində Hollandiya çempionatında "Almere" ilə qarşılaşmada meydanda olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right