"Sumqayıt" klubu növbəti transferini həyata keçirib.
Newsport.az-ın məlumatına görə, "kimyaçılar" türk əsilli futbolçu Atilla Yıldırımı rənglərinə bağlayıb.
27 yaşlı hücumçu ilə münasibətlər bu gün rəsmiləşəcək. Onunla 1 illik müqavilə imzalanacaq. Atilla həm Türkiyə, həm də Hollandiya vətəndaşıdır.
Hücumçu futbolçu karyerası ərzində "Ütrext" (Hollandiya), "Kasımpaşa", "Konyaspor", "Bucaspor", "Şanlıurfaspor", "Elazığspor", "Kocaeli Birlik" "Sivas Bələdiyə Spor", "Nazilli Bələdiyəspor" və "Maastrixt" (Hollandiya) kimi klublarda forma geyinib.
Yıldırım sonuncu dəfə may ayının 1-də "Maastrixt"in heyətində Hollandiya çempionatında "Almere" ilə qarşılaşmada meydanda olub.