"Qəbələ" "Sumqayıt"la oyuna Bakıda hazırlaşır

“Qəbələ” Azərbaycan Premyer Liqasının III turunun hazırlığını davam etdirir. 

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, avqustun 19-da keçirilən “Neftçi” ilə II turun qarşılaşmasından (1:2) sonra məşqlərə ara verməyən “qırmızı-qaralar” hazırlıqlarını Bakıda gerçəkləşdirir. 

Oyunun ertəsi gün matçın iştirakçıları bərpa xarakterli məşqlə kifayətlənibsə, digər oyunçular toplu çalışmaları yerinə yetirib. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında  keçirilən bugünkü hazırlıq prosesi yüngül qaçışla başlayıb. “Bakı”nın təlim-məşq bazasında baş tutan məşq prosesində fiziki təmrinləri yerinə yetirən futbolçular ardınca toplu hərəkətləri icra edib.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının III turunun “Qəbələ” – “Sumqayıt” oyunu avqustun 25-də baş tutacaq. Qəbələ şəhər stadionundakı matç saat 18:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right