"Neftçi" seneqallı futbolçu ilə danışıqlar aparır

Mərkəz müdafiəçisi axtarışında olan "Neftçi"nin danışıq apardığı futbolçunun adı müəyyənləşib.  

Newsport.az-ın məlumatına görə, Litvanın "Jalgris" klubunda forma geyinən Mamadu Pape Mbojdu ilə danışıqlar aparır.  "Neftçi" uzun müddət yaşıl meydanlardan kənarda qalacaq kapitanı Ruslan Aabışovu məhz seneqallı futbolçu ilə əvəzləmək istəyir.  

Ancaq 25 yaşlı futbolçunun paytaxt klubuna keçidi baş tutmaya bilər.  Çünki oyunçunun "Jalgris"lə müqaviləsi var və "Neftçi" kluba hansısa təzminat ödəmək niyyətində deyil. Futbolçu klubla ortaq razılıq əldə edə bilsə, "Neftçi" ilə münasibətlərini rəsmiləşdirəcək.  

Qeyd edək ki, Seneqalın gənclərdən ibarət milli komandasının sabiq üzvü "Dakar"ın yetirməsidir. O, karyerası ərzində "Srvena Zvezda" və "Napredak Kresavaç" kimi klublarda forma geüyinib.  Futbolçu 2016-cı ildən "Jalgris"in uğurları üçün çalışır.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right