"Qəbələ"də yeni baş məşqçi təyinatı

“Qəbələ” Futbol Akademiyasının məşqçisi Famil Xəlilov Azərbaycan milli komandasına təyinat alıb.

Newsport.az-ın məlumatına görə, 35 yaşlı mütəxəssis 15 yaşadək futbolçulardan ibarət yığmaya rəhbərlik edəcək. Belə ki, bu komandanın baş məşqçisi vəzifəsi Xəlilova həvalə olunub.

2008-ci ildən “Qəbələ” klubunun akademiyasında çalışan mütəxəssis bu 10 ildə müxtəlif yaş qrupu üzrə komandalarda fəaliyyət göstərib. “Qəbələ”nin gənc oyunçularının yetişib, ərsəyə gəlməsində pay sahibi olan Xəlilov rəhbərlik etdiyi komandalarla Azərbaycan çempionu olub, müxtəlif əyarlı mükafatlara yiyələnib.

2017/18 mövsümündə onun baş məşqçisi olduğu “Qəbələ”nin U-19 komandası AFFA-nın Gənclər Liqasının qalibi olub və UEFA Gənclər Liqasına vəsiqə qazanıb. Xəlilovu U-19-un çalışdırıcı vəzifəsində ötən mövsüm əvəzedici komandanın baş məşqçisi olan Emin İmaməliyev əvəzləyib.

“Qəbələ” İdman Klubu Famil Xəlilova akademiyadakı fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right