Rahid Əmirquliyev - 350

Rahid Əmirquliyev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, “Səbail”in 29 yaşlı yarımmüdafiəçisinin yubileyi Topaz Premyer Liqasının II turuna təsadüf edib. Bu, “Qarabağ”la qarşılaşmadakı 0:2 hesablı məğlubiyyətin qeydə alındığı matçda gerçəkləşib. 350 oyunda 33 qol vuran Əmirquliyev çempionatlarda 4 klubun şərəfini qoruyub. Debütü 2003/04 mövsümündə rəsmiləşən yarımmüdafiəçi ilk klubu olan Qusar “Şahdağ”ında 57 (4 qol), “Xəzər Lənkəran”da 254 (26), “Qarabağ”da 37 (3), “Səbail”də 2 oyun keçirib.

Qeyd edək ki, Rahid Azərbaycan çempionatları tarixində 350 və daha çox oyun keçirən 8-ci futbolçudur.

 

yer futbolçu oyun

 

1 Mahmud Qurbanov 421

2 Azər Məmmədov 388

3 Rəşad Sadiqov 386

4 Aslan Kərimov 382

5 Rəşad Abdullayev 378

6 Aqil Məmmədov 363

7 İsmayıl Məmmədov 351

8 Rahid Əmirquliyev 350





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right