"Qarabağ" - "Neftçi" oyununun vaxtı dəyişdirildi

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

Newsport.az-ın məlumatına görə, ölkəmizi Avropa Liqasının pley-off mərhələsində təmsil edən “Qarabağ” oyuna daha yaxşı hazırlaşmaq məqsədi ilə Azərbaycan Premyer Liqasının III turunda “Neftçi”yə qarşı keçiriləcək oyunun vaxtının dəyişdirilməsini xahiş edib. “Qarabağ”ın avrokuboklarda çıxışını və Əsasnaməni rəhbər tutan PFL “Qarabağ” – “Neftçi” matçının 25 avqust tarixdən 26 avqust tarixə keçirilməsinə qərar verib. 

Bütün görüşlərin canlı yayımlanmasını təmin etmək məqsədi ilə hər iki klubun razılıq məktubundan sonra “Zirə” – “Sabah” matçı ilə bağlı da dəyişiklik reallaşıb. Sözügedən oyun 26 avqust tarixdən 25 avqust tarixə keçirilib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right