Ramin Quliyev: "Keyfiyyətli oyun sərgiləməyə çalışmalıyıq"

“Komanda Qazaxstanda keçiriləcək “Prezident kuboku”na hazırlıq məqsədi ilə təlim-məşq toplanışına yığılıb. Bildiyiniz kimi, ölkə çempionatı hələ başlamayıb, amma klublarımız aralarında yoldaşlıq oyunları keçirir. Oyunları izləyirik, çalışırıq bütün oyunçuları nəzərimizdə saxlayaq".

Newsport.az-ın məlumatına görə, bu sözləri U-17 millimizin baş məşqçisi Ramin Quliyev hazırlıq çərçivəsində "Zirə"nin U-19 komandasına qalib gəldikləri oyundan sonra deyib. Mütəxəssis keyfiyyətli keyfiyyətli oyun sərgiləməyə çalışdıqlarını deyib:

"Komandada gücləndirilməsi lazım olan mövqelərə bir neçə yeni futbolçu dəvət etmişik. Bu oyun həm yeni oyunçuları sınamaq, həm də bəzi taktiki gedişlərimizi həyata keçirmək üçün yaxşı fürsət idi. Hazırda bizi hesabdan çox oyun keyfiyyətinin artırılması və uşaqların düzgün oynaması maraqlandırır. Uşaqlar yaxşı oynadılar, bir çox istədiyimizi meydançada həyata keçirdilər. Lakin nəticə bizi aldatmamalıdır. Səhvlər üzərində işləməli və daha da keyfiyyətli oyun sərgiləməyə çalışmalıyıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right