"Qarabağ"ın fikri bizə maraqlı deyil" "Neftçi"nin hücumçusu

"Neftçi"nin hücumçusu Kvame Karikari Azərbaycan Premyer Liqasının 2-ci turunda "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib.

Newsport.az-ın məlumatına görə, forvard öncə qələbəni şərh edib:

- Bizim üçün vacib oyun idi. Çətin rəqib idi. Ciddi hazırlaşmışdıq. Öz şanslarımızdan istifadı etdik və qalib gəldik.

- Əvəzlənərkə narazı görünürdün.

- Matçın gedişatında belə hallar olur. Mənim narazılığım məşqçiyə deyildi. Göstərmək istəyirdim ki, daha çox xeyir verə bilərəm. Komandaya faydalı olmaq istəyirəm.

- Komandaya uyğunlaşmısan?

- Bu komandada yeni oyunçuyam. Start heyətdə olmaq mənim üçün müsbət amildir. Komanda yoldaşlarım məni artıq başa düşürlər.

- Qol vurmağına nə mane oldu?

- Rəqib qapıçı yaxşı oynadıq. Bir neçə zərbəm çərçivəyə getmişdi. Mənim üçün vacib olan start heyətdə yer almaq idi. Hücumçu qol vura bilmirsə, cəhd etməldir, alınmırsa, çalışmalıdır. Əsas faktor ilk 11-likdə yer almaq idi.

- Növbəti turda “Qarabağ”a qarşı oynayacaqsan. Tilsimi həmin oyunda qıra biləcəksən?

- Həmin matça hələ var. “Qarabağ” yaxşı komandadır. Sona qədər mübarizə aparsaq, şanslarımız olacaq və qələbə qazana bilərik.

- “Qarabağ” Avropa Liqasında mübarizə aparır. Rəqibin təqvim sıxlığından istifadə edib, qalib gəlmək mümkündür?

- Bizim üçün bu amil vacib deyil. Onların fikrinin “Şerif”də olacağı və yaxud yorğun olacaqıaları bizə maraqlı deyil. Biz qələbə qazanmaq istəyirik.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right