Nazim Süleymanov: “Əfran müqavilə bağlayanda demişdi ki…”

“Qələbə olanda əhval ruhiyyə da yaxşı olur. Bu əhvalı yaradan futbolçulara təşəkkür edirəm".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Nazim Sülymanov Azərbaycan Premyer Liqasının II turunda səfərdə "Sabah"a qalib gəldikləri matçdan sonra deyib. 

Təcrübəli mütəxəssis növbəti oyunlarda daha ciddi hazırlaşacaqlarını bildirib: "Qapımızda qol görsək də, sonradan toparlana bildik. Futbolçularımız onlardan nə istədiyimizi bilirlər və ona uyğun oynadılar. 5-li müdafiə sistemi oyunçuların fərdi keyfiyyətlərinə uyğun seçilmişdi. Eyforiyaya qapılmaq olmaz, bu, bizim hamımıza aiddir”.

Baş məşqçi həm də Əfran İsmayılovun vəziyyətinə aydınlıq gətirib: “Əfran İsmayılov müqavilə bağlamazdan əvvəl bildirmişdi ki, sənədləşmə işim alınsa, Həcc ziyarətinə gedəcəm, biz də razılaşmışdıq. Hazırda ziyarətdədir və qayıdandan sonra komandaya qoşulacaq”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right