"55-ci dəqiqədən sonra “Neftçi”ni meydanda görmədim" - Təmkin Xəlilzadə

"Turun mərkəzi oyunu idi. Hər iki komanda qalib gəlmişdi. Yaxşı hazırlaşmışdıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Təmkin Xəlilzadə Azərbaycan Premyer Liqasının 2-ci turunda "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib. Xəlilzadə ikinci hissədə yaxşı oynadıqlarını deyib: "Oyunun ilk 15-20 dəqiqəsinə yaxşı köklənə bilmədik. Öz səhvlərimizdən qollar buraxdıq. Özünüz də bilirsiz ki, futbol səhvləri bağışlamır. Səhv edirsənsə, cəzalanacaqsan. Bu, bizim də başımıza gəldi. İki səhv və qapımızda iki qol gördük. 55-ci dəqiqədən sonra “Neftçi”ni meydanda görmədim. Təzyiqi bir xeyli artırdı. İkinci hissədə çox yaxşı çıxış etdik. Ancaq bərabərlik qoluna gücümüz yetmədi. Yaxşı mübarizə apardıq".

Millimizin üzvü sabiq komanda yoldaşı Baqali Daboya qarşı oynamaqdan danışıb: "Dabo ötən mövsümün bombardiri idi. Fikrimcə, ölkəmizə gəlmiş ən yaxşı legionerlərdən biridir. Ona qarşı pis oynamadım. Amma öz ustalıq səviyyəsini ortaya qoydu. Ona qarşı aqressiyamız yoxdur. Hamıya eyni hazırlaşırıq. Hamımızı bütü matçlarda belə görəcəksiniz".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right