Baqali Dabo: "Sözümü meydanda deyirəm"

"Neftçi"nin hücumçusu Baqali Dabo Azərbaycan Premyer Liqasının 2-ci turunda "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib.

Newsport.az-ın məlumatına görə, forvard öncə qələbəni şərh edib:

- Ötən həftədən yaxşı hazırlaşırdıq. Baş məşqçimizin tapşırıqları üzrə oynadıq. Məncə, bu, yaxşı alındı. Gözəl oyun nümayiş etdirdik və qələbə qazandıq.

- Vurduğun qol barədə nə deyə bilərsən?

- Mənim üçün böyük bir sevinc hissidir ki, “Neftçi” formasıyla qol vurdum. Çalışacam belə davam edim və qollarımı sıralayım.

- Avropa Liqasındakı uğursuz çıxışdan sonra sənin “Neftçi” səviyyəsinə uyğun gəlməyən futbolçu kimi görürdülər.

- Öz gücümə, oyunuma bələdəm. Nəyə qadir olduğumu bilirəm. Bu deyilənlərə fikir vermirəm. Sözümü meydanda deyirəm.

- Matçın sonunda azarkeşlər növbəti turda “Qarabağ”a qalib gəlməyinizi istədilər. Həmin anları necə şərh edərdin?

- Əlbəttə, azarkeşlər bizi dəstəkləyirlər. Onlara təşəkkür edirəm. Üzərimizdə ciddi işləyəcəyik. Çünki bizi güclü komanda gözləyir. Çalışacağıq ki, müsbət nəticə qazanaq.

- “Neftçi” “Qarabağ”ı məğlub etsə, çempionluğa daha da iddialı ola bilər?

- Çempion olmaq istəyiriksə, oyundan-oyuna qalib gəlməli, gözəl oyun nümayiş etdirməliyik. İnşallah, bu oyunda istədiyimiz nəticəni əldə edərik.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right