Roberto Bordin: "Düşündüyüm “Neftçi”ni görməsəm də..."

“Çox yaxşı oyun alındı. Futbolçularım kifayət qədər yaxşı oynadılar”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib.

“Ağ-qaralar” Azərbaycan Premyer Liqasının II turunda öz meyudanında “Qəbələ”ni məğlub edib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən italiyalı çalışdırıcı fikirlərini bildirib: “Üçüncü qolu bura bilərdik. Ancaq sona yaxın hiss etdik ki, rəqibin təzyiqi var.  Buna baxmayaraq, yaxşı oynadıq”.

- Müdafiə xəttində boşluqlar olduğu hiss olunurdu. Bunu aradan qaldırmaq üçün hansı tədbirlər görəcəksiniz?

- Rəqib oyunun sonuna yaxın 3 hücumçu ilə, biz isə 5 müdafiəçi ilə oynamağa başladıq. Rəqib bizə təzyiq göstərirsə, bu o demək deyil ki, yeni futbolçu almalıyıq.

- “Qarabağ”la üçüncü turdakı oyununuz təxirə salına bilər. Bu, komandaya təsir etməyəcək?

- Biz “Qəbələ” ilə oyunda qazandığımız qələbəni qeyd etməliyik. “Qarabağ”la oyunun taleyinə isə yaxın günlərdə aydınlıq gələcək . Əgər oyun təxirə salınsa, yoxlama oyunu keçirmək barədə düşünəcəyik.

- “Qarabağ” Avropa Liqasında keçmiş komandanız “Şerif”lə qarşılaşacaq. Bu haqda nə deyə bilərsiniz?

- “Qarabağ” və “Şerif” yaxşı komandadır. İnanıram ki, yaxşı, maraqlı oyun olacaq. Amma matç barədə hansısa proqnoz verə bilmərəm.

- “Qarabağ” – “Şerif” matçında hansı komandanın qalib gəlməsini istəyərdiniz?

- Hazırda mən “Neftçi”yə azarkeşlik edirəm. Düzdü, mən “Şerif”də işləmişəm və uğurlar qazanmışam.  Həmişə o komandanın uğur qazanmasını istəyəcəm.

- Beyninizdəki “Neftçi”ni qura bilmisiniz?

- Bugünkü oyundan razıyam, komanda sona qədər mübarizə apardı. Komandanı daha təkmilləşdirməyə, daha çox hücumlar qurmasına çalışacağıq. Düşündüyüm “Neftçi”ni görməsəm də, ona doğru irəliləyiş hiss edirik. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right