"Şerif"in pley-offa yüksəlməyi çox şeydən xəbər verir" - Ozobiç

“Çempionatda ilk oyunumuz idi. Uğurlu start götürmək istəyirdik. Bu, çox vacibdir və sevinirəm ki, qarşımıza qoyulan məqsədə çata bildik”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç Azərbaycan Premyer Liqanın 2-ci turunda “Səbail” üzərində qazandıqları səfər qələbəsindən sonra deyib. 2:0 hesablı qələbəni şərh edən xorvatiyalı futbolçu Avropa Liqasının pley-off mərhələsində “Şerif”lə keçiriləcək oyunlara da toxunub: 

“Səbail”lə oyun heç də asan keçmədi. Ancaq əsas 3 xal qazanmaq idi. Qarşıda bizi Avroliqa oyunu gözləyir. Rəqib pley-offa yüksəlməyi bacarıbsa, bu, özlüyündə çox şeydən xəbər verir. Hələ ki, Moldova təmsilçisinin oyununu izləməmişik. Baş məşqçimiz necə oynamalı olduğumuzu bizə izah edəcək. İnanıram ki, həm baxımlı futbol sərgiləyəcəyik, həm də bizi qrup mərhələsinə yüksəldən nəticələri əldə edəcəyik. Açığı, ilk oyunun Tiraspolda keçirilməsinin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Onsuz da 1 həftəlik intervalla həm səfərdə, həm də evdə oynayacağıq. Əsas odur ki, qənaətbəxş nəticə qazanaq”.

“Qarabağ”dakı vəziyyətindən də danışan Ozobiç əvvəlki formasında olmadığını etiraf edib: “Burda bir qədər fərqli oyun sistemi tətbiq olunur. Ancaq təcrübəmə güvənirəm. Baş məşqçimizin mənə qazandırdığı hər şansdan maksimum faydalanmağa çalışıram. Özüm də başa düşürəm ki, bir il əvvəlki formamda deyiləm. Ancaq bunun üçün bir qədər də zamana ehtiyac var”.

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right