"Zirə"nin legioneri: "Bu nəticə motivasiyamıza təsir etməyəcək"

“Çox çətin oyun oldu. Qarşılaşmaya yaxşı başladıq, hətta fərqi ikiyə çatdırmışdıq. Düşünürəm ki, hesab arasında fərqi bir qədər də artıra bilərdik. Lakin əlimzə düşən imkanlardan yararlana bilmədik. Rəqib “vurmayana vurarlar” prinsipini işə saldı və bizi cəzalandırdı”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin futbolçusu Miloş Radivojeviç Azərbaycan Premyer Liqasının II turunda “Keşlə” ilə heç-heçə (2:2) etdikləri matçdan sonra deyib. 

O, ilk hissədə öndə olduqları matçda qələbəni əldən buraxmalarını inanılmaz adlandırıb: “Təbii ki, rəqibin hesabı bərabərləşdirməsi inanılmazdır. Belə olacağını düşünmürdük. Rəqibin təzyiq edəcəyini bilirdik, biz də buna hazır idik. Lakin rəqibi əks-hücumlarda yaxala bilmədik”.  

Serbiyalı futbolçu növbəti oyunlarda səhv etməməyə çalışacaqlarını bildirib: “Səhvlərdən nəticə çıxarmaq lazımdır. Bu oyunda bizim xeyli səhvimiz oldu. Ancaq bu nəticə motivasiyamıza təsir etməyəcək, əksinə, daha da yaxşı olacağına ümid edirəm. Növbəti oyunlarda belə səhvlərə yol verməməyə çalışacağıq”.

Müdafiəçi Azərbaycan çempionatının maraqlı olduğunu vurğulayıb: “Azərbaycan çempionatı olduqca maraqlı, sürətlidir. Komandalar top saxlamağa, sürətli oyuna üstünlük verirlər. Düşünürəm ki, biz də topa daha çox sahib olmağa çalışmalıyıq. Ümumilikdə, Azərbaycan çempionatında oynadığım üçün razıyam”.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right