"Neftçi"nin zədəlisi geri döndü

“Neftçi” Azərbaycan Premyer Liqasının 2-ci turunda qarşılaşacağı “Qəbələ” ilə matçın hazırlığını başa vurub.

Newsport.az-ın məlumatına görə, komanda doğma bazasında oyunöncəsi məşqə çıxıb. Hazırlıq prosesində zədəli Ruslan Abışov və Rəşad Eyubovdan başqa bütün futbolçular iştirak ediblər.

Əvəzində Soni Mustivar komanda ilə məşqə qoşulub. Lakin onun oynayıb-oynamayacağı ilə bağlı qərar oyuna bir neçə saat qalmış veriləcək.

Xatırladaq ki, avqustun 19-da "Dalğa Arena”da keçiriləcək "Neftçi” – "Qəbələ” oyunu saat 18:30-da başlanacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right