“Günah tək Rəşadda yox, bütün komandadadır” – Maksim Medvedev

"Çempionata qələbə ilə başlamaq yaxşı oldu.  Rəqibi analiz etmişdik. Oyunçular baş məşqçinin tapşırıqlarını yerinə yetirə bildilər. Ona görə də 2 qol vura bildik, müdafiədə etibarlı oynadıq.  Çempionatda belə davam etməyə, oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev deyib.

O, Çempionlar Liqasındakı məğlubiyyətdən sonra komanda daxilindəki ab-havadan danışıb: "Səbail"lə qarşılaşmada BATE-yə qarşı oynayan futbolçuların çoxu yox idi.  Baş məşqçi bizə istirahət vermişdi.  Ağır oyundan sonra komanda daxilində bir az stress var idi. Yolumuza davam edirik. Bu gün digər uşaqlar komandaya yeni nəfəs gətirdi və qələbəqazandırdı".   

Millimizin müdafiəçisi Avropa Liqasının pley-off mərhələsindəki rəqib olan "Şerif" haqda danışıb: "Ötən il "Şerif"i çox çətinliklə keçmişdik. "Şerif" həqiqətən yaxşı komandadır. Fərdi ustalığı ilə seçilən oyunçular var.  Həm müdafiədə, həm də hücumda inamlı təsir bağışlayırlar.  Bəlkə də, bizdən revanş almaq istəyəcəklər. Amma biz də öz oyunumuzu oynamalıyıq. Diqqətli olmalı və ələ düşən imkanlardan maksimum yararlanmalıyıq. Sonradan peşman olmamaq üçün Çempionlar Liqasındakı səhvləri təkrarlamamalıyıq".

Medvedev son zamanlar etdiyi səhvlərə görə təndiq olunan Rəşad Sadıqov barədə fikirlərini bildirib: "Futbolda hər şey olur.  Hamı səhv edə bilər. Keçən oyunlara baxanda görürük ki, mənim də, digər futbolçuların da səhvləri olub.  Elə vaxt olub ki, biz səhv edəndə kapitanımız bizi sığortalayıb.  Amma son iki oyunda biz Rəşadı sığortalaya bilmədik. Ona görə deyirlər ki, kapitan səhv edib.  Hər kəs səhvə yol verə bilər.  Əsas onu düzəltməkdir. Ancaq komanda şəkilində həmin səhvi düzəldə bilmədik. Ona görədə günah bütün komandadadır".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right