Pərdis Fərcad-Azad: "Özümü kimə sübut etməliyəm ki?"

"Zirə"nin hücumçusu Pərdis Fərcad-Azad Azərbaycan Premyer Liqasının II turunda "Keşlə" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra Newsport.az-a müsahibə verib.

Hücumçu öncə oyunla bağlı danışıb:

- Məyus olduq. Hesabda 2:0 öndə idik. Amma son dəqiqədə qələbəni əldən verdik. Amma bu, futboldur. İrəli baxmaq lazımdır.

- Sizin ilk oyununuz idi. Qələbəni əldən vermək motivasiyanıza pis təsir etməz?

- Xeyr, buna heç inanmıram da. Daha yaxşı olacağıq. Yaxşı komandamız var. Hələ zədəli futbolçumuz da var. Məncə, vəziyyət yaxşı olacaq.

- Meydanda ən istəklif futbolçu sən idin. Qol vurmaqla da onları cəzalandırdın.

- Ola bilər. “Keşlə”dəkilər dostlarımdır. “Keşlə”yə qarşı oynayırdım. Dostlarımla oynadım, daha istəkli idim. Onlara uğurlar arzu edirəm. Orada yaxşı vaxt keçirmişəm. Onlar haqda yaxşı şeylər eşitmək istəyirəm.

- Özünü kiməsə sübut etmək istəyirdin?

- Özümü kimə sübut etməliyəm ki? Hamı məni yaxşı tanıyır. Buna ehtiyac da yoxdur. Meydana çıxıb özü oyunumu oynamışam. Başqa nəsə lazım deyil. Ayxan Abbasov mənə güvənir. Çox şadam ki, belə məşqçimiz var. Aramız yaxşıdır.

- Bu mövsüm çempionat necə keçəcək?

- Komandaların səviyyəsi eynidir. İstıyirik ki, Avropa Liqasına düşək.

- “Keşlə” məsələsinə son nöqtəni qoyardın. Səni niyə saxlamaq istəmədilər?

- Müqaviləm başa çatdı. Başqa heç nə. “Keşlə”ni artıq düşünmürəm. Komandadan incik deyiləm. “Zirə”ni düşünürəm. İstəyirəm ki, “qartallar”a faydalı olum.

- İlk hissədə Kamran Ağayevə qarşı sərt oynadın. O da sənə söyüşlə reaksiya verdi.

- Kamran məni tanıyır. Zarafat var aramızda. Onunla komanda yoldaşı olmuşam. Olan şeydir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right