Kamran Ağayev: "Xaricdən gəlməyib ki, daşa basaq, güllələyək"

"Keşlə"nin qapıçısı Kamran Ağayev Azərbaycan Premyer Liqasının II turunda "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra Newsport.az-a müsahibə verib.

Ağayev öncə oyunla bağlı danışıb:

- Oyuna çox pis başladıq. İlk dəqiqələrdə qapıçızda qol gördük. Rəqib əks-hücumlarda oynayan komanda idi. 2-ci hissədə fərqli çıxış etdik. Zədədən qayıdan futbolçularımız da var idi. 0:2-dən hesabı 2:2 etdik. Önə də keçə bilərdik. Amil Yunanovun çox gözəl şansı oldu. Yaxşı epizod idi. Çempionat yeni başlayıb.

- İki oyuna bir xal toplamaq necə nəticədir?

- Bu, bizim üçün yaxşı deyil, qane etmir. Qarşımıza hədəflər qoyulub. Kim istəyərdi ki, belə olsun? Bununla razı deyilik. Üzərimizdə işləməliyik.

- Bu heç-heçə sizə qələbə qazanılmış kimi motivasiya verdi?

- Qələbə başqa şeydir. “Sabah”la ev matçında çox bərbad idik. Bu dəfə isə daha aqressiv oynadıq. “Zirə”dən tam fərqli oyun gözləyirdik. Oyunda 2:0 hesabı ilə önə keçəndən sonra ritm aşağı düşdü. Təbii ki, bu da gedişata özünü göstərirdi. Gücümüz çox getdi. “Sabah”la matçı xilas edə bilməmişdik, amma bu oyunda məğlubiyyətdən qaçdıq. Çempionat davam edir. Çalışmalıyıq ki, uduzmayaq.

- İlk hissədə ayağında, ikinci hissədə isə əlindən zədələndin. Sənə qarşı çox aqressiv idilər. Sanki canına qəsd etmək istəyirdilər. Qapıçıya qarşı belə aqressiv oynamağa nə lüzum var?

- Birincisi stadion amilidir. Stadionlarımız yaxşı vəziyyətdə deyil. Azərabycanda 8 komanda var. 1 il burda, 6 ay orda oynayırsan. Bilirəm nəyə toxunmaq istədiyinizi. Pərdis Fərcad-Azadın bizdən gedib. “Keşlə”yə qarşı sərt oynaması normal haldır. Bir oyun olacaq, ikincisi yaddan çıxacaq. Azərbaycan futbolunda hamı bir-birini yaxşı tanıyır. Çünki futbolçular tez-tez komanda dəyişir. Xaricdən gəlməyib ki, daşa basaq, güllələyək.

- 8 komandalı çempionatımız var. Stadionlarımız bərbad gündə. Bəzi klublarımız oynamağa meydan tapmır. Avropa Liqasında 3 klubumuz ilk mərhələdə mübarizəni dayandırdı. Bu amillər milliyə necə təsir edəcək?

- Hər şeyə təsir olur. Biri var özündənrazılıq, biri də var özünəgüvənlik. Milli komanda hamımızındır. Orada əlindən gələni etməlisən.

- Bir qapıçını gücləndirən amillərdən biri də müdafiə xəttinin etibarlı olmasıdır. Qapıçı az qol buraxanda özünə inanır. “Keşlə” Kamran Ağayevi qabağa aparır, yoxsa dala?

- Dünyada hamı futbol oynayır. Fərq etmir. Zədədən qayıtmışam, bir az da artırıb yaxşı formada olacam. Yəqin ki, yaxşıyam indi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right