"Təqvim bizim üçün uğursuzdur" - Aftandil Hacıyev

"Məğlub olduğumuz üçün təəssüf hissi keçirirəm. Lakin elə də pis oyun sərgiləmədik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Afatandil Hacıyev deyib.  

Bayıl təmsilçisi Azərbaycan Premyer Liqasının II turunda öz meydanında "Qarabağ"a məğlub olub.  

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc çalışdırıcı fikirlərini bildirib: "Legionerlərimiz son iki həftədir bizə qoşulub. Çatışmayan cəhətimiz odur ki, komada birlikdə çox az oynayıb. Deməzdim ki, istədiyimiz tam alınmadı. “Qarabağ” kimi komadaya qarşı oyunda bir neçə qol epizodu yaxaladıq".

O, komandasının növbəti matçlarda keyfiyyətli oyun sərgiləyəcəyinə inanır: "Oyundan-oyuna hiss edirəm ki, müsbətə doğru dəyişiklik var. Sadəcə itkilərimiz var, zədəli oyunçularımız var. Çempionatın əvvəlləridir. Təqvim də hələ ki, bizim üçün uğrsuzdu. Güclü komandalarla qarşılaşmışdıq. Gələcəkdə daha yaxşı olacağını düşünürəm.”

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right