Qara Qarayevdən Rəşad Sadıqova dəstək: "Qocalmısız, getməlisiz"

"Qarabağ"ın futbolçusu Qara Qarayev komanda yoldaşı Rəşad Sadıqova dəstək verib.  

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi Çempionlar Liqasının III təsnifat mərhələsində BATE ilə hər iki qarşılaşmada kobud səhvlərə yol verən təcrübəli müdafiəçiyə dəstəyini nümayiş etdirib.  O, "instagram" hesabındakı maraqlı paylaşımı ilə Rəşad Sadıqovun yanında olduğunu bildirib.  

Qara UEFA Superkubokunun finalında "Atletiko" ilə matçda "Real"ın müdafiəçiləri - Ramos, Varan və Marselonun Dieo Kostanın hər iki qolundakı səhvləri "instagram" hesabında paylaşıb.  O, "Ramos, Marselo, Varan qocalmısız, getməlisiz" şərhini yazıb. 

Qeyd edək ki, Rəşad Sadıqov BATE-ilə oyunlardakı səhvləri ilə azarkeşlərin tənqidi ilə üzləşib.  Azarkeşlər Rəşadın artıq qocaldığı və futbolçu karyerasını bitirməli olduğunu bildiriblər.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right