"Neftçi" "Bakcell Arena"ya nə vaxt qayıdır?

"Neftçi”nin ev oyunlarını keçirdiyi "Bakcell Arena”nın öt örtüyünün dəyişdirilməsi prosesi yekunlaşmaq üzrədir.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, prosesin avqustun 19-da keçiriləcək ilk ev oyununadək bitməsi nəzərdə tutulsa da, isti hava şəraiti buna imkan verməyib. 

Bununla belə, "Neftçi” bu mövsüm ikinci ev oyununu "Bakcell Arena”da keçirəcək. Komanda sentyabrın 16-da "Keşlə”ni məhz bu stadionda qəbul edəcək.

Xatırladaq ki, avqustun 19-da "Dalğa Arena”da keçiriləcək "Neftçi” – "Qəbələ” oyunu saat 18:30-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right