AFFA-nın milliləşdirmək istədiyi futbolçu "Sumqayıt"dan imtina etdi

"Sumqayıt" ilkin razılığa gəldiyi Sərdar Sərdarovun keçidini son anda reallaşdıra bilməyib.

Newsport.az-ın məlumatına görə, "gənclik şəhəri" təmsilçisi son olaraq, Rusiyanın "Yenisey" klubunda çıxış edən Sərdar Sərdarovun transferini bitirməyə yaxın olsa da, rusiyalı futbolçu "Sumqayıt"dan imtina edib. 24 yaşlı vinger ölkə xaricindən sərfəli təklif aldığı üçün müqavilə bağlamaq istəməyib.

Qeyd edək ki, Sərdarov Rusiyanın U-17, U-19, U-21 millilərində çıxış edib. Sərdar bir müddət əvvəl AFFA-nın onu milliləşdirmək istədiyini açıqlamışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right