"Zirə" "Dalğa Arena"da oynamayacaq: "Keşlə" ilə matçın məkanı bəlli oldu

"Zirə"nin Azərb aycanPremyer Liqasının II turunda "Keşlə"ni "Dalğa Arena"da qəbul edəcəyi açıqlanmışdı.

Newsport.az-ın məlumatına görəmatçın keçiriləcəyi məkan dəyişdirilib. Bu barədə  "Zirə"nin mətbuat katibi Elmar Abdullazadə məlumat verib. Klub rəsmisi "Keşlə"ni "AZAL Arena"da qəbul edəcəklərini deyib. 

Qeyd edək ki, "AZAL arena" bir müddət əvvəl təmirdən çıxıb. Həmin stadiona "Zirə"nin meydanından sökülən süni ot örtüyü vurulub.

Qeyd edək ki, "Zirə" - "Keşlə" matçı avqustun 18-i saat 20:30-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right