Fərhad Vəliyev karyerasını bərpa etməsindən danışdı: "Belə məsləhət gördülər"

Mövsüm başa çatdıqdan sonra əlcəklərini mıxdan asan milli komandamızın sabiq qapıçısı Fərhad Vəliyev "Səbail"də məşqçi fəaliyyətinə başlamışdı.

Qapıçılar üzrə məşqçi olan mütəxəssis həm də oyunçu kimi karyerasını davam etdirəcək. 37 yaşlı qolkiper Topaz Premyer Liqasının ilk turu çərçivəsində "Səbail"in "Qəbələ" ilə səfər matçının (0:3) iştirak ərizəsinə daxil edilmişdi. O, oyunu ehtiyat oyunçular skamyasından izləmişdi.

Newsport.az-ın məlumatına görəFərhad Vəliyev karyerasını bərpa etməsinin səbəbini açıqlayıb:

"Bildiyiniz kimi, ötən mövsüm başa çatandan sonra keryeramı başa vurdum və "Səbail"də məşqçiliyə başladım. Çempionatın startına az qalmış məsləhət olundu ki, mən də komandada qapıçı kimi yer alım. Qərar verdim ki, "Səbail"ə əlimdən gələn köməkliyi edim. Hazırda məşqçi-oyunçuyam".

Təcrübəli əlcək sahibi yaxşı formada olduğunu deyib:

"Özümü yaxşı hiss edirəm. Məşqlərdə də yaxşı çalışıram. Formamı saxlayıram. Əgər mənə ehtiyac duyulsa, komandaya kömək etməyə hazıram".

Fərhad Vəliyev bu mövsümün onun üçün son olacağını deyib:

"Çox guman ki, bu mövsüm son olacaq".

Qeyd edək ki, Sumqayıt futbolunun yetirməsi olan Vəliyev müxtəlif illərdə bu şəhərin "Gənclərbirliyi" komandasının da şərəfini qoruyub. O, bundan başqa, "Şahdağ", "Masallı", "Neftçi", "İnter", "Qarabağ" və "Sumqayıt" klublarının da formasını geyinib. Dörd dəfə Azərbaycan çempionu olan qapıçı 5 dəfə də ölkə kubokunu başı üzərinə qaldırıb. Vəliyev milli komandamızda 32 oyun keçirib.

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right