Dabodan "Adamlar gedər, kişilər qalar!" pankratına reaksiya FOTO

"Qəbələ"nin azarkeşləri Azərbaycan Premyer Liqasının açılış turunda maraqlı pankratla yadda qalıblar.  

Newsport.az-ın məlumatına görə, "Səbail"lə qarşılaşmanı stadiondan izləyən "Red Black Army" azarkeş qrupunun üzvləri tribunada "Çətin anlarda adamlar gedər, kişilər qalar!" - sözləri yazılmış pankrat açıblar.  

Azarkeşlər bu pankratla yayda "qırmızı-qaralar"ı gözlənilməz şəkildə "Neftçi" yə dəyişən Baqali Daboya ismarıc göndəriblər.  Belə ki, Dabo "Qəbələ" ilə müqavilə imzalamağa razılıq verib, daha sonra kluba heç bir xəbər etmədən "ağ-qaralar"ın sıralarına qoşulmuşdu.  

Fransalı hücumçu azarkeşlərin bu sözlərinə şəxsi "instagram" səhifəsində cavab verib.  O, "instagram"dakı 24 saatlıq tarix bölməsində "Red Black Army"ın açdığı pankratı yerləşdirib və şəkilin üzərində düşündürücü "smile" qoyub. Dabo bu paylaşımı ilə azarkeşlərin pankratını başa düşdüyünü və özünün hədəf seçildiyini anladığını bildirib  

Qeyd edək ki, Dabo "Qəbələ"yə 2016-cı ildə "Kreteil" klubundan transfer olunub.  30 yaşlı hücumçu yay transfer dönəmində "Neftçi" ilə 2 illik müqavilə imzalayıb.   

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right