Azərbaycan Premyer Liqası: Açılış turunu neçə azarkeş izlədi?

Azərbaycan Premyer Liqasında mövsümün ilk turunda qeydə alınan azarkeş sayı bəlli olub.

Newsport.az-ın məlumatına görə, turun ilk görüşü "Dalğa Arena" "Sumqayıt"la "Neftçi" arasında baş tutub. Bu qarşılaşmanı stadionda 800 nəfər izləyib.

Qəbələdə baş tutan "Qəbələ" "Səbail" oyununu 600, "Keşlə" - "Sabah" qarşılaşmasında isə 300 azarkeş qeydə alınıb.

Beləliklə, Azərbaycan Premyer Liqasının açılış turunu cəmi 1700 azarkeş izləyib.

Turun "Qarabağ" - "Zirə" oyunu isə avqustun 26-na təxirə salınıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right