Elşad Əhmədov: "Üst pillələrdə yer almaq istəyirik"

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib: “İlk oyunda uşaqlarda həyəcan var idi. Buna baxmayaraq, qələbə qazandıq. Qalibiyətimizi prezidentimizin övladına həsr edirik. Onun ad günü idi".

Əhmədov əcnəbi hücumçu transfer etməyəcəklərini deyib: "Yeni komanda olduğumuz üçün yerli futbolçular bizə həvəslə gəlmədilər. 6 legioner almışıq, əcnəbi transfer düşünmürük".

Mütəxəssis hədəfləri barədə danışıb: "Yeni komandayıq. Üst pillələrdə yer almaq istəyirik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right