Soni Mustivar: "Həkimlər oyuna davam etməyə məsləhət görmədilər"

"Neftçi"nin yarımmüdafiəçisi Soni Mustivar Topaz Premyer Liqasının I turunda "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib.

Newsport.az haitili futbolçunun müsahibəsini təqdim edir:

- Çox çətin oyun oldu. Hər şeyin ideal olduğunu demək olmaz. Çempionatın ilk oyununda ən önəmlisi o idi ki, qalib gəldik. Çox işləməlyik, yaxşı tərəf odur ki, bizim vaxtımız var. 
 
- Əvəzlənməyinin səbəbi nə idi? İlk hissəni ən yaxşı keçirən sən idin. Baş məşqçi hansı əsasla səni oyundan çıxardı?
- Əslində heç nə demədi. Əzələmi ilk hissənin sonlarında dartdım. Həkimlər oyuna davam etməyə məsləhət görmədilər.
 
- Zədən ciddidir?
- Sabah müayinə edəcəyik. Hiss edirəm ki, çətinlik çəkirəm.
 
- “Neftçi” nəyin sayəsində qalib gəldi?
- Biz ikili mübairəzələrdə, “ikinci mərtəbədə” yaxşı oynadıq. Qol epizodlarında da yaxşı oynadıq. 
 
- “Neftçi”ni Bakıda “Uypeşt”lə oyunlarda görmüşdük. Həmin oyunda komanda daha nizamlı oynayırdı. Bu gün həmin komandanı görmədik.
- Deməzdim ki, psixoloji problemimiz var, sönük deyildik. Hər qarşılaşmaya final matçı kimi yanaşırıq. Hər şeyə meydanda aydınlıq gəlir. Hərdən oyun istədiyin kimi alınmır. Oyunun alınanda hər şey yaxşı olur, alınmayanda isə əsəbi olursan.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right