Qurban Qurbanov “Sumqayıt” – “Neftçi” matçında

Bu gün Azərbaycan Premyer Liqasında 2018/2019-cu illər mövsümünə start verilib.

Newsport.az-ın məlumatına görə, “Qarabağ” – “Zirə” oyunu təxirə salındığına görə, çempionat bu gün “Dalğa Arena”ya təyin olunmuş “Sumqayıt” – “Neftçi” matçı ilə başlayıb.

Oyunu izləyənlər arasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də var.

Həmçinin qarşılaşmanı milli komandamızın baş məşqçisi Qurban Qurbanov və 21 yaşlılardan ibarət milli komandamızın çalışdırıcısı Rəşad Sadıqov da izləyir. Mütəxəssislər beynəlxalq yarışlar öncəsi potensial milli üzvləri ilə bağlı qeydlər aparıarlar.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right