"Neftçi" mövsümə qələbə ilə başladı

Bu gün Azərbaycan Premyer Liqada 2018/19 mövsümünə start verilib

Newsport.az-ın məlumatına görə, 27-ci ölkə birinciliyinə "Sumqayıt" - "Neftçi" oyunu ilə başlayıb. Əslində, mövsümün startı dünən "Qarabağ" - "Zirə" oyunu ilə verilməli idi. Amma "Qarabağ"ın Çempionlar Liqasının BATE ilə oyununa görə bu görüş təxirə salınıb.

"Kapital Bank Arena" təmirə bağlandığından "Sumqayıt" rəqibini "Dalğa Arena"da qəbul edib. Qarşılaşma "Neftçi"nin qələbəsi ilə başa çatıb. Matçda qollara Mirabdulla Abbasov və Emin Mahmudov imza atıblar.  

"Sumqayıt" və "Neftçi" indiyədək 24 dəfə qarşılaşıb. Bu oyunların 12-də "ağ-qaralar", 9-da "gənclik şəhəri" təmsilçisi qələbə qazanıb, 3 görüşdə qalib müəyyənləşməyib. Top fərqində də "Neftçi"nin üstünlüyü var - 39:30.

Qeyd edək ki, turun iki oyunu sabah baş tutacaq. "Keşlə" debütant "Sabah"ı, "Qəbələ" "Səbail"i qəbul edəcək.

 

11 avqust


20:00. "Sumqayıt” – "Neftçi” - 0:2 
Qollar:
 Mirabdulla Abbasov, 27, Emin Mahmudov, 72
Qırmızı vərəqə: Vurğun Hüseynov, 66 ("Sumqayıt")

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, İnqilab Məmmədov

Bakı, "Dalğa Arena”

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right