Azərbaycan Premyer Liqası: İlk turu hansı futbolçular buraxacaq?

Azərbaycan Premyer Liqasında yeni mövsümün startı ərəfəsindədyik.

Newsport.az-ın məlumatına görə, sabah mövsümün ilk turu olacaq. Tura "Sumqayıt" - "Neftçi" matçı ilə start veriləcək. Bazar günü isə "Keşlə" "Sabah"ı, "Qəbələ" "Səbail"i qəbul edəcək. Bu gün keçirilməli olan "Qarabağ" - "Zirə" oyunu Ağdam klubunun PFL-ə müraciətindən sonra təxirə salınıb.

Bəzi oyunçular üçün Premyer Liqa qismən gec başlayacaq. Belə ki, “Qəbələ”nin kapitanı Cavid Hüseynov və “Neftçi”nin mərkəz müdafiəçisi Kiril Petrov ilk turu cəza səbəbindən buraxacaqlar. Hüseynov ilk turla yanaşı, növbəti iki oyunda da komandasına Premyer Liqada kömək edə bilməyəcək.

 
 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah