Birinci divizionun püşkü atıldı

Futbol üzrə Azərbaycan I Divizionun 2018/19 mövsümünün püşkü atılıb.  

Newsport.az-ın məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, qurumun direktoru Məlik Həsənov və klub nümayəndələri iştirak ediblər.  

Püşkə əsasən, I turun cədvəli aşağıdakı kimi olacaq: 

“Turan Tovuz” – “Ağsu”

“Zirə-2” – “Səbail-2”

“Kəpəz” – “Qarabağ-2”

“Zaqatala” – “Keşlə-2”

“Şüvəlan” – “Sumqayıt-2”

“Qaradağ Lökbatan” – “Neftçi-2”

“Sabah-2” – MOİK 

Qeyd edək ki, “Qəbələ”nin əvəzedici komandası çempionatda iştirak etməkdən imtina edib. İlk tur avqustun 23-24-də baş tutacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right