Serbiyalı yarımmüdafiəçi "Keşlə"də RƏSMİ

“Keşlə”  heyətinə yeni futbolçu cəlb edib.

Newsport.az-ın klubun saytına istinadan yaydığı  xəbərə görə, bir neçə gündür baxışda olan serbiyalı yarımmüdafiəçi Nikola Mitroviçlə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, son olaraq Polşanın "Visla" klubunda çıxış edən Mitroviç müxtəlif illərdə "Partizan", "Uypeşt", "Makkabi" (Təl-Əviv) və "Anortosis" kimi komandaların da formasını geyinib. Təcrübəli yarımmüdafiəçi Serbiya millisinə də dəvət alıb və cəmi 1 oyunda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right