AFFA-da kurs: DÇ-2018 təhlil olunur

Bu gündən etibarən AFFA-nın Futbol akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun daha bir moduluna start verilib.

Newsport.az-ın məlumatına görə, avqustun 11-dək davam edəcək bu modul 2018-ci ildə Rusiya təşkil olunmuş dünya çempionatında keçirilmiş oyunların təhlilinə həsr ediləcək. Qarşılaşmalarda taktiki planda diqqətçəkən məqamlar və müşahidə olunan yeniliklər müzakirə olunacaq.

UEFA-nın tövsiyəsi ilə təşkil olunmuş, AFFA-nın texniki direktoru Bernhard Lippert, təlimatçılar Aslan Kərimov və Osman Rəhimovun iştirakı ilə keçirilən bu modulun yekunları kursda təhsil alan məşqçilərin qiymətləndirilməsinə təsir göstərməyəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right