“Neftçi”nin “Sumqayıt”la 25-ci dueli

“Neftçi” bu mövsüm Azərbaycan Premyer Liqasında ilk oyununu avqustun 11-də keçirəcək. 

Newsport.az-ın məlumatına görə, sözügedən komanda 1-ci tur çərçivəsində "Sumqayıt”ın qonağı olacaq. "Dalğa Arena”da baş tutacaq oyun saat 20:00-da start götürəcək. 

“Ağ-qaralar” "Gənclik şəhəri” təmsilçisi ilə indiyədək 24 çempionat oyununda qarşılaşıb. Bunlardan 12-də qalib gələn “Neftçi” 9 oyunda da məğlub olub. Cəmi 3 oyunda heç-heçə qeydə alınıb. Top fərqində də "Neftçi” üstündü – 39:30.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right