"Sumqayıt" millimizin sabiq üzvünü geri göndərdi: Keçid iki məsələyə görə təxirə düşüb

Azərbaycan millisinin sabiq üzvü Andrey Papoviçin "Sumqayıt"a keçidi baş tutmayıb.  

Newsport.az-ın məlumatına görə, 26 yaşlı qolkiper komanda ilə birgə Türkiyədəki təlim-məşq toplanışında iştirak etsə də, onunla bağlı fərqli qərar verilib.  Əldə etdiyimiz məlumata görə, Papoviçin "Sumqayıt"a keçidi iki məsələyə görə alınmayıb. Ancaq bunun detalları açıqlanmayıb.  

Ümumiyyətlə, millimizin sabiq üzvünün "Sumqayıt"la təlim-məşq toplanışına aparılması futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmışdı. "Sumqayıt" dəfələrlə intizamsız hərəkətlərinə görə çıxış etdiyi klublardan qovulan qapıçıya qucaq açdığı qapıçıya görə tənqid olunmuşdu.

Qeyd edək ki, Ander Papoviçin ölkəmizdəki son klubu "Qəbələ" olub. O, "qırmızı -qaralar"dan ayrıldıqdan sonra Ukraynanın "Avanqard" klubunda çıxış edib. Papoviç karyerası ərzində "Bakı", "Abşeron", "Sumqayıt" və "Turan Tovuz" kimi komandalarda forma geyinib.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right