Baş sponsordan "Sumqayıt"a dəstək

"Sumqayıt"ın baş sponsoru olan "Azərikimya” İB-nin Baş direktoru İmran Arzumanzadə "Kapital Bank Arena”ya gələrək stadion ərazisində gedən yenidənqurma işləri ilə maraqlanıb.

Newsport.az-ın məlumatına görə, təmir-tikinti şirkətlərinin rəhbərləri ilə görüşən baş direktor onlara prosesin plan üzrə tamamlanması yönündə tövsiyə və tapşırıqlarını verib.

Daha sonra "Sumqayıt"ın prezidenti Riad Rəfiyev və Müşahidə Şurasının üzvləri ilə birgə Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda komandanın axşam məşqini izləyən Arzumanzadə baş məşqçi Nazim Süleymanov və futbolçu heyəti ilə görüşüb. O, komandaya 2018/2019 futbol mövsümünün startı ilə əlaqədar uğurlar arzulayıb.

Qeyd edək ki, "Sumqayıt" ilk turda "Neftçi"ni Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da qəbul edəcək. Avqustun 11-də keçiriləcək görüş saat 20:00-da başlanacaq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right