PFL "Qarabağ"ın müraciətinə baxdı

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edib.

Newsport.az-ın məlumatına görə, “Qarabağ” ÇL-in 3-cü təsnifat mərhələsinin BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün Azərbaycan Premyer Liqasının 2018/2019-cu illər mövsümünün 1-ci turunda keçirilməli olan “Zirə” ilə görüşün təxirə salınmasını xahiş edib.

“Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan Peşəkar Futbol Liqası 1-ci turun təqvimində aşağıdakı dəyişikliklə bağlı qərar qəbul edib:

Azərbaycan Premyer Liqasının 1-ci turunun “Qarabağ” - “Zirə” matçı 10 avqust tarixdən, 26 sentyabr tarixə keçirilsin.

Qeyd edək ki, "Qarabağ" BATE-yə ilk görüşdə 0:1 hesabı ilə uduzub. Cütün cavab oyunu avqustun 14-də "Borisov Arena"da reallaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right