"İnternasional" Gürcüstan yığması ilə yoldaşlıq oyunu keçirdi

İdman jurnalistləri arasında təşkil olunan "Media Turniri-2"nin qalibi olan "İnternasional"ın Gürcüstan səfəri başa çatıb.

Newsport.az-ın məlumatına görəkomandamız 3 günlük Tiflis səfəri çərçivəsində Jurnalistlərdən ibarət Gürcüstan yığma komandası ilə də yoldaşlıq oyunu keçirib və görüşdən 3:5 hesablı məğlubiyyətlə ayrılıb. Son çempionun heyətində yer alan Stadium.Az saytının müxbiri Xanoğlan İmanov dubl müəllifi olub. Təmsilçimizin sonuncu qolunu isə FutbolPlanet.Az saytının baş redaktoru Elvin Rüstəmov vurub.

Qeyd edək ki, bu komandalar arasında daha bir qarşılaşma bir müddət sonra Bakıda baş tutacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right